AZ

Cənubi Qafqaz və Mərkəzi Asiya vahid region olaraq səslənəcək

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə dəvət olunması ənənəvi hal alınmışdır. Amma Daşkənddə keçirlən 7-ci görüşdə Azərbaycanın da bu platformaya tam hüquqlu üzv qəbul olunması məsələsi öz həllini tapdı. Bu gün Mərkəzi Asiyanı Azərbaycandan ayırmaq qeyri mümkündür. Azərbaycanla Mərkəzi Asiyanı çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Müstəqilliyə qovuşduğumuzdan sonra ölkələrimiz arasında əlaqələr nəinki qorunub saxlanılıb, həm də onlara strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilərək yeni bir ruh verilmişdir. Azərbaycan və Mərkəzi Asiyanı Xəzər dənizi fizki olaraq bir-birindən ayırsa da həm də birləşdirir.

Qloballaşan dünyada bizim bir olamğımız həm ölkəklərimiz üçün, həm də Asiya və Avropa üçün vacibdir. Çünki, Azərbaycan və Mərkəzi Asiya ümumi Asiya və Avropa arasında körpüdür. Təbii ki, Azərbaycanın ərsəyə gətirdiyi tranzit nəqliyyat dəhlizləri yaratdığımız bu körpünün əhəmiyyətini günü-gündən artırır. Belə ki, Xəzər dənizində ən böyük gəmi donanması, 25 milyon ton yük açırma gücünə malik Ələt Beynəlxalq Ticarət Dəniz Limanı, yük keçirmə qabiliyyəti 5 milyon ton olan Bakı-Tiblisi -Qars dəmir yolu, açılışın 1-ci mərhələsində 15 milyondan çox yüklərin keçirlməsini proqnozlaşdırılan Zəngəzur dəhlizi, 9 Beynəlxalq Hava Limanı, regionun ən böyük karqo hava donaması ilə Azərbaycan Məkəzi Asiyaya ölkələri ilə qədim İpək Yolu bərpa edirək Orta Dəhliz yaratmışdır. Bu təkcə yüklərin daşınmasında yox, müasir rəqəmsal dəhliz, enerji dəhlizləri ilə daha da möhkəmlənir. Beləliklə Azərbaycan və Mərkəzi Asiya artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə ikitərəfli formatda müttəfilik haqqında sənədlər imzalamış və birgə investisya şikətləri təsis etmişdir. Birgə investisya şirkətləri həm ölkələrimizə ikitərəfli şəkildə, həm də üçüncü ölkələrə birgə investisya layihələrin icra olunmasında iştirak edərək münasibətlərimizdə yeni bir səhifə açmışdır.

Azərbaycan və Mərkəzi Asiya ölkələri bir çox beynəlxalq platformalarda iştirak edir. Dostluğumuz, qardaşlığımız beynəlxalq platformalarda mövqelərimizi möhkəmləndirir.

Azərbaycan Mərkəzi Asiya Dövlət Bşaçılarının Məşvərət Görüşü platformasının tam hüquqlu üzv olacaqdır. Bu platformanın əsas məqsədi region ölkələrini bir araya gətirərək, ortaq problemlərin həlli və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsidir. Artıq Cənubi Qafqaz və Mərkəzi Asiya vahid region olaraq səslənəcəkdir. Bu platformada əməkdaşlığın əhəmiyyəti haqqında danışanda ilk növbədə aşağıdakı məqəmalar ilk yerdə dayanır: Regional sabitliyin möhkəmlənməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, su və ekologiya məsələlərinin həlli, xarici siyasətdə vahid mövqenin formalaşdırılması, ənənəvi dostluq və qarşılıqlı etimadın möhkəmləndirilməsi kimi tərəflərini qeyd etmək olar . Çünki, bu məslələr həm Mərkəzi Asiyada, həm də Cənubi Qafqazda inkişafın və təjhlükəsizliyin təmin olunması üçün çox vacibdir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri platformasında iştirak etməklə regionumuzun gələcəyi ilə bağlı məsələlərdə yaxından iştirak etmək və təşəbbüslər irəli sürmək imkanı olacaqdır. Bu format ölkələr arasında qarşılıqlı etimadı, siyasi sabitliyi, iqtisadi inteqrasiyanı və regional birliyi gücləndirir.

Azər Badamov 

Milli Məclisin deputatı 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
modern.az

2Mənbələr