Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edən stolüstü tennisçilər Vətənə qayıdıblar.
Seçmə komandamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Stolüstü Tennis Federasiyasının nümayəndələri, media mənsubları və idmançıların doğmaları qarşılayıblar.
Qeyd edək ki, stolüstü tennisçilər Ər-Riyad sınaqlarını iki bürünc mükafatla başa vurublar. Adil Əhmədzadə ilə Mərziyyə Nurmətova qarışıq qoşa növündə, Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət seçmə isə komanda yarışlarında fəxri kürsunün üçüncü pilləsində yer alıb.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.