Türkiyə müdafiə sənayesi çərçivəsində inkişaf etdirilən ANKA-S pilotsuz uçuş aparatının hərbi sınaqları Qazaxıstan ordusu donanmasına daxil edilməyə başlanıb.
Qazaxıstan Müdafiə Nazirliyi ANKA-S-nin qazax əsgərləri tərəfindən sınaqdan keçirilməsi prosesinin görüntüsünü paylaşıb.
Nazirlikdən verilən məlumata görə, qəbul sınaq mərhələlərindən uğurla keçən Türkiyənin ANKA-S pilotsuz uçuş aparatının hərbi sınaqlarına başlanılıb.
İHA Döyüş İstifadəsi Təlim Mərkəzinin rəhbəri Şokan Musabekov ANKA-S-nin uçuşlarının ilk dəfə olaraq Qazaxıstan hərbçilərinin nəzarəti altında həyata keçirildiyini bildirib.
Musabekov qeyd edib ki, hərbi sınaq uğurla başa çatarsa, ANKA-S Qazaxıstan Hava Hücumundan Müdafiə Qüvvələrinin donanmasına daxil ediləcək.