BAKI, 16 noyabr. TELEQRAF
Pentaqon Çikaqo və Portlend şəhərlərindəki yüzlərlə Milli Qvardiya əsgərini geri çağırır.
Teleqraf xəbər verir ki, Kaliforniya Milli Qvardiyasının təxminən 400 əsgəri Çikaqo və Portlenddən geri çağırılır.
Mənbələrin "The New York Times"a bildirdiyinə görə, Pentaqon yüksək rütbəli məmurları qarşıdan gələn tətillər fonunda və federal məhkəmənin müvafiq qərarları səbəbindən qoşunları geri çəkmək qərarına gəlib.
Eyni zamanda, İllinoys ştatının 300-ə yaxın Milli Qvardiya əsgəri Çikaqo bölgəsində yerləşməyə davam edəcək, Oreqondan olan 200 hərbçi isə Portlenddə qalacaq.