Müəllif: Tamara Mustafayeva, Banco.az
Amerika texnologiya nəhəngi 634 milyon dollarlıq patent pozuntusu cəzası ilə üz-üzə qalıb.
Banco.azxəbər verir ki,Kaliforniya Federal Münsiflər Heyəti “Apple”ın tibbi cihaz istehsalçısı “Masimo”nun qan oksigeninə nəzarət texnologiyasına dair patentini pozduğuna görə 634 milyon dollar ödəməli olduğuna qərar verib. Münsiflər heyəti bildirib ki, “Apple Watch”un məşq rejimi və ürək döyüntüsü bildiriş xüsusiyyətləri “Masimo”nun patentini pozur.
“Masimo” tərəfindən verilən açıqlamada deyilir:
"Bu, xəstələrə fayda verən texnologiya yaratmaq bacarığımız üçün həyati əhəmiyyət daşıyan yeniliklərimizi və əqli mülkiyyətimizi qoruma səylərimizdə mühüm bir nailiyyətdir. Əqli mülkiyyət hüquqlarımızı gələcəkdə də müdafiə etməkdə qərarlıyıq."
“Apple” sözçüsü isə bildirib ki, şirkət bu qərardan apellyasiya şikayəti verməyi planlaşdırır və əlavə edib:
"Bu işdəki yeganə patent 2022-ci ildə qüvvədən düşüb və onilliklər əvvəlki tarixi xəstə monitorinqi texnologiyasına aiddir."
“Masimo” və “Apple” arasındakı hüquqi mübahisə qan axınını aşkar etmək üçün optik sensor istifadə edən nəbz oksimetri üzərində cəmlənib. “Masimo” “Apple”ı baş tibb xidməti əməkdaşı da daxil olmaqla işçilərini işdən çıxarmaqda və nəbz oksimetri texnologiyasına dair patentlərini pozmaqda ittiham edib.
Bizi sosial şəbəkələrdən izləyin!!