AZ

Müəllimlərin iş saatının dəyişdirilməsinin yeni detalları açıqlanıb

Ölkənin 4430 orta ümumtəhsil məktəbində 142 min müəllim çalışır. Mövcud qanunvericiliyə əsasən orta ümumtəhsil məktəblərində müəllimlər dərs stavkasına görə, yəni günlük dərs saatlarına görə məktəbdə olurlar. 142 min müəllimin hal-hazırda 25 minə qədərinin dərsi 13 saatdan aşağıdır. Bu da onların əməkhaqqının ciddi şəkildə aşağı olmasına gətirib çıxarır. Bəzi müəllimlərin də əməkhaqqları 250-300 manat civarındadır.

Yeni qaydalar ilk növbədə müəllimlərin sosial rifah halını ciddi şəkildə qaldıracaq.

Bunu təhsil eksperti Kamran Əsədov bildirib.

Kamran Əsədov bildirdi ki, yeni qaydalar könüllü olacaq. İlkin mərhələdə sertifikasiyada balı 51-dən yuxarı olan müəllimlər prosesə cəlb ediləcəklər.

Seçilən
7
2
banker.az

3Mənbələr