ain.az bildirir, Avtosfer portalına istinadən.
Kiyevdə 1972-ci il istehsalı olan VAZ-2101 satışa çıxarılıb.
Avtosfer.az xəbər verir ki, avtomobil üçün 2 milyon qriven (təxminən 45 000 dollar) tələb olunur. Səbəb maşının çox yaxşı vəziyyətdə saxlanmasıdır. Qeyd edək ki, 1971-72-ci illərdə istehsal edilmiş VAZ-2101 və VAZ-2102-lər, həmçinin ilk partiya digər “klassik Jiquli”lər kolleksiyaçıların daim maraq obyektidir. Buna səbəb sözügedən maşınların daha keyfiyyətli və xarici detallarla yığılmasıdır.
Vüqar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.