AZ

Ermənilər indi də Ukraynaya “tarixi iddia” irəli sürdülər 414 illik abidə ətrafında qalmaqal

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukraynanın Ternopol vilayətinin Yazlovets kəndində təsadüfən aşkar olunan 414 illik tarixi tikili son günlər erməni mühitində siyasi manipulyasiya predmetinə çevrilib. Söhbət 1611-ci ilə aid, “Erməni quyusu” adlandırılan hidravlik konstruksiyadan gedir. Tikili yeraltında qaldığı üçün uzun illər diqqətdən kənarda olub və yalnız son tədqiqatlar zamanı aşkarlanıb.

Məlumatı Ukraynada yaşayan siyasi şərhçi Marat Hakobyan sosial şəbəkədə yayıb. Onun sözlərinə görə, kənardan adi daş divarlı bir bulağa bənzəyən bu qurğunun altında XVII əsrdə erməni ustaları tərəfindən hazırlanmış mürəkkəb hidravlik sistem mövcuddur. Mexanizm əvvəlcə suyu yeraltı anbara toplayır, sonra səthə çıxarır.

Tikilinin üzərində latın və erməni dillərində oyma yazılar saxlanılıb. Lövhədə belə qeyd olunub:

“Erməni Hakob onu 1611-ci ildə cəmiyyətin xeyrinə tikib. Bu xaç və bulaq Hakob və qardaşı Stepanın işidir. Usta daşyonan İbrahim işi sədaqətlə yerinə yetirib.”

Daşın yuxarı hissəsində qanadlarını açmış qartal, aşağıda isə mürəkkəb çiçək ornamentləri fonunda xaç təsviri əks olunub.

Tədqiqatçılar deyirlər ki, Yazlovetsdə yaşayan erməni ustalarının kənddəki köhnə qalanın qapıları və Müqəddəs Mariam Ananın Fərziyyə Kilsəsi üçün də oyma bəzəklər hazırladığı ehtimal olunur.

Ölkə.az Musavat.com-a istinadən bildirir ki, ermənilərin bu cür abidələr üzərindən “erməni izi” axtarma siyasəti yeni deyil. Eyni üsul uzun illər Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı tətbiq edilib. İndi həmin yanaşmanın Ukraynaya transfer olunduğu görünür. Məqsəd – gələcəkdə siyasi iddialar üçün “tarixi baza” hazırlamaqsır.

Musavat.com faktlara dayanaraq iddia edir ki, bu davranış erməni siyasi düşüncəsinin köklü, demək olar ki, “milli xəstəliyidir”:

Ermənilər harada yaşamaqlarından asılı olmayaraq həmin torpağı özlərininki saymağa meyllidirlər. Əvvəl yalan deyirlər, sonra o yalana özləri inanırlar və bunun üzərində ‘tarixi iddia’ qururlar. Azərbaycandan tutmuş Gürcüstana, Türkiyəyə, hətta bəzi hallarda Rusiyaya qədər hər yerə sahiblənmək istəyi bu psixologiyanın nəticəsidir. Hətta Nuhun da erməni olduğunu, Nuhun gəmisinin isə ‘Ararat’ adlandırdıqları Ağrı dağında dayandığını iddia edirlər. Bu, bir növ milli özününküləşdirmə xəstəliyidir.

İndi də analoji iddiaların Ukraynaya tərəf yönəlməsi, Ermənistanın dünya xəritəsində “yeni tarixi dayaqlar” axtarma strategiyasının davamı təsiri bağışlayır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
3
olke.az

4Mənbələr