AZ

Didye Deşam: “Azərbaycan millisində irəliləyiş var” - ARENA.AZ

Futbol üzrə Fransa yığma komandasının baş məşqçisi Didye Deşam Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün DÇ-2026-nın seçmə mərhələsinin sonuncu turu çərçivəsində Bakıda üz-üzə gəliblər.

Səfərdə 3:1 hesablı əzmkar qələbəyə sevinmiş fransızların təcrübəli baş məşqçisi matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Məqsədimiz qələbə qazanmaq idi. Birinci hissə çətin oldu. Azərbaycan millisi çox aqressiv idi. Sonda qalib gəldik. Artıq növbəti matçlara hazırlaşacağıq.

Maqnes Akliuş özünə qapanmış biri olsa da, meydana çıxanda fəallığı ilə seçilir. Daha da yaxşı olacaq. Bundan sonra da ondan gözləntilərimiz böyükdür. Hüqo Ekitike və Jal-Filipp Mateta da fürsətlərlərdən yararlanmağa çalışırdılar. Ümumilikdə, oyun yaxşı keçdi. Matetanın qol vurması özü üçün yaxşıdır. Gənc olsa da, özünü yaxşı tərəfdən göstərə bilir”.

Deşam matçın ilk dəqiqələrində Azərbaycan millisinin hücumda oynamasına və hətta erkən qol vurmasına da münasibət bildirib:

“Oyun 90 dəqiqə olur. Təəssüf ki, aqressiv və dinamik komanda ilə qarşılaşdıq. Rəqib qol vurdu, amma sonra vəziyyəti dəyişə bildik. Biz də xoşbəxtlikdən əlimizdən gələni etdik və qələbə qazandıq.

Didye Deşam 30 il əvvəl futbolçu kimi oynadığı Azərbaycan millisi üzərində qazandıqları 10:0 hesablı qələbə barədə sualı isə belə cavablandırıb:

“Bütün matçları dəqiqliyi ilə xatırlamıram. Amma bütün dövlətlərin komandalarına hörmətlə yanaşıram. İndi hər ölkənin yığması öz üzərində daha çox işləyir. Azərbaycan millisində də əvvəlki ilə müqayisədə irəliləyiş var. Komandada keyfiyyətli oyunçular oynayır. Bunu Ukrayna ilə görüşdə də gördük. Amma bütün matçlarda uğur qazanmaq olmur. Azərbaycan futbolunda işlər gedir. “Qarabağ”ı misal çəkək. Onlar Çempionlar Liqasında oynayırlar, hətta xallar da toplayırlar. Mən rəqibdən asılı olmayaraq, hamıya hörmətlə yanaşıram, fərq qoymuram”.

Fransız mütəxəssis sonda Bakı və Azərbaycan haqda fikirlərini də bölüşüb:

“Fransa buradan uzaqdır. Bakıda əla zaman keçirdik. Stadion da tam dolmuşdu. İnsanların coşqusunu hiss etdik. Azərbaycan xalqına qonaqpərvirıliyinə görə təşəkkür edirəm. Sizi tez bir zamanda yenidən görməyəcəyəm. Ona görə də Yeni ilinizi indidən təbrik edirəm”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
22
22
arena.az

10Mənbələr