AZ

Ağ Evdə Maduronun Azərbaycana qaça biləcəyi müzakirə olunur

Türkiyə, Rusiya, Azərbaycan və ya Kuba – Ağ Evdə müxtəlif ssenarilər nəzərdən keçirilir....

Poliqon xəbər verir ki, Politico nəşri ABŞ administrasiyasında Venesuela prezidenti Nikolas Maduronun mümkün qaçışı ilə bağlı aparılan müzakirələrin təfərrüatlarını açıqlayıb. Nəşrin məlumatına görə, Donald Trampın müşavirləri müxtəlif ölkələrin, o cümlədən Türkiyə, Rusiya, Azərbaycan və Kubanın Maduro və onun yaxın çevrəsinə sığınacaq verə biləcəyi ehtimalını nəzərdən keçirirlər.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi və proseslə tanış olan iki mənbə bildirib ki, Maduroya və komandasına təhlükəsiz keçid imkanı təqdim edilməsi hazırda dəyərləndirilən variantlardan biridir. Bununla yanaşı, başqa qruplar əks mövqeyə malikdir. Üçüncü mənbənin sözlərinə görə, bəzi müşavirlər Maduronun həbs edilərək ABŞ məhkəməsi qarşısına çıxarılmasını təklif edirlər.

Müzakirələrdə həmçinin Maduronu əvəz edəcək yeni hökumətin təhlükəsizliyinin təmin edilməsi üçün özəl mühafizə şirkətlərinin cəlb edilməsi ideyası da gündəmdədir. ABŞ rəsmisinin bildirdiyinə görə, bu cür dəstək yalnız yeni rəhbərliyin Vaşinqtona yaxın siyasət yürütməsi halında mümkün ola bilər.

Politico yazır ki, Trampın müşavirləri post-Maduro dövrü ilə bağlı daha geniş məsələləri də nəzərdən keçirirlər. O cümlədən Venesuelaya qarşı hansı sanksiyaların nə vaxt ləğv edilə biləcəyi, ölkənin dağılmış iqtisadiyyatının bərpasında Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun mümkün rolları və Venesuelanın böyük neft ehtiyatlarının gələcək istifadəsi diqqət mərkəzindədir.

Bununla belə, nəşrin məlumatına görə, Ağ Evdə bu istiqamətdə aparılan danışıqlar demək olar ki, koordinasiyadan məhrumdur. Müxtəlif departamentlərdə ayrı-ayrı rəsmilər məsələni öz aralarında müzakirə edir, bəziləri isə keçmiş ABŞ rəsmiləri və xarici analitiklərlə məsləhətləşmələr aparır.

Politico qeyd edir ki, bütün bu proses Tramp administrasiyasının Madurodan sonrakı Venesuela üçün vahid konsepsiya formalaşdırmaqda çətinlik çəkdiyini göstərir.

Poliqon.info

Seçilən
89
3
poliqon.info

3Mənbələr