AZ

Livanda “Hizbullah”ın iki hərbi komandiri zərərsizləşdirilib

BAKI, 15 noyabr. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda avtomobili hədəfə alıb.

Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Hücum nəticəsində “Hizbullah”ın hərbi rəhbərliyinə daxil olan iki komandan Mühəmməd Şveyyah və Rədvan Haşşab öldürülüb.

Məlumata əsasən, komandanlar Tirin sərhəd bölgəsinə daxil olan Əl-Mənsuri qəsəbəsində avtomobildə olduqları zaman İsrail dronu həmin nəqliyyat vasitəsinə raket zərbələri endirib. Zərbədən sonra avtomobil yanıb və hər iki komandir aldıqları xəsarətlərdən ölüb.

Seçilən
29
teleqraf.com

1Mənbələr