AZ

“Arsenal” Rikardo Kalafiorinin durumundan narahat deyil

“Arsenal”ın müdafiəçisi Rikardo Kalafiori İtaliya millisinin toplanışını zədə səbəbilə vaxtından əvvəl tərk edib.

İdman.Biz xəbər verir ki, London klubu futbolçunun durumunun ciddi olmadığını düşünür və onun gələn həftədən etibarən komanda ilə birlikdə məşqlərə qayıdacağını gözləyir.

Kalafiorinin zədəsinin yüngül olduğu, tam bərpa üçün yalnız bir neçə günlük istirahətə ehtiyac duyduğu bildirilir. Məşqçilər korpusu onun növbəti Premyer Liqa qarşılaşmasına yetişəcəyinə ümid edir.

“Arsenal” müdafiə xəttində son həftələr zədə problemləri yaşayır və Kalafiorinin dönüşü baş məşqçi üçün vacib olacaq.

İdman.Biz

Məqalədə:
Seçilən
56
1
idman.biz

2Mənbələr