AZ

Lənkəran rayonunun məişət tullantıları poliqonunda yanmış kişi meyitləri tapılıb

Lənkəranda 2 nəfərin yanmış cəsədi tapılıb.

Ekologiya.az-ın xəbərinə görə, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.

Hal-hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparır. Yanmış cəsədlərin kimliyi və hansı şəraitdə öldüyü müəyyən edilməyə çalışılır. İlkin məlumata görə ölənlərin hər ikisi kişi cinsinə mənsubdur.

Faktla bağlı araşdırma aparılır.(Apa)

Seçilən
0
1
ekologiya.az

2Mənbələr