AZ

Tormozsuz “Mercedes”i satışa çıxaran şəxsə qarşı cinayət işi açıldı FOTO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Bu qəribə hadisə Almaniya vətəndaşının başına gəlib. 

Avtosfer.az xəbər verir ki, hərracda 100 min avroya (220 000 AZN) “Mercedes” alan şəxs bir neçə kilometr getdikdən sonra hiss edib ki, tormoz avtomobili saxlamır. O, sürəti azaldaraq maşını saxlayıb yerə düşdükdə görüb ki, qabaq təkərlərdən yanıq iyi gəlir. 

Avtomobil evakuatorla satış mərkəzinə qaytarılıb. Avtomobilin təkərlərini sökdükdə məlum olub ki, maşında ümumiyyətlə tormoz qəlibləri yoxdur.

Daha doğrusu, standart metal qəlib əvəzinə taxtadan kəsilmiş qəlib quraşdırılıb. Üzərinə isə markerlə “Brembo” (məşhur marka) yazılıb.

Polis taxta qəlibləri maddi sübut kimi götürərək avtomobilin əvvəlki sahibinə qarşı cinayət işi açıb. Almaniya qanunvericiliyinə görə tormoz sistemində nasazlıq olan avtomobil satmaq cinayət məsuliyyəti yaradır.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
1
avtosfer.az

2Mənbələr