AZ

Tramp Maduro ilə görüşə bilər

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro ilə görüş imkanını istisna etmədiyini bildirib.

Missiya.Az xəbər verir ki, Tramp bu barədə Floridadan Vaşinqtona yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlama verib.

Prezident Venesuela istiqamətində yeni inkişafın baş verib-vermədiyi ilə bağlı suala “Xeyr, yoxdur” cavabını verib və əlavə edib, ola bilsin ki, Maduro ilə müəyyən danışıqlarımız olsun. Bunun necə davam edəcəyini görəcəyik. Onlar danışmaq istəyirlər.

Tramp Konqreslə bu məsələ barədə hər hansı müzakirənin aparılıb-aparılmadığı ilə bağlı suala isə belə cavab verib:

“Biz Konqresi prosesdən xəbərdar saxlamaq istəyirik”.

ABŞ Prezidenti Konqresə brifinq verilməsi tapşırığını dövlət katibi Marko Rubioya həvalə etdiyini vurğulayıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
190
28
missiya.az

10Mənbələr