Bakı. Trend:
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyiedən Bakı bu gün yalnız qlobal telekommunikasiya mərkəzi deyil, həmdə beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır.
Trend xəbər verir ki, bufikir Azərbaycan Prezidenti İlham Əliyevin BeynəlxalqTelekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanınİnkişafı Konfransının iştirakçılarına müraciətində yer alıb.
Konfrans çərçivəsində, eyni zamanda, Bakı şəhərində BTİ-ninRegional Akselerasiya Mərkəzinin açılmasının planlaşdırıldığınıdiqqətə çatdıran Azərbaycan Prezidenti əlavə edib: “BTİ-nin qlobalinnovasiya şəbəkəsinin bir hissəsi olacaq bu Mərkəz region üçüninnovasiya və sahibkarlıq sahəsində aparıcı platformayaçevriləcəkdir”.