AZ

Zavazava: Bakı Bəyannaməsi qlobal rəqəmsal inkişaf üçün strateji yol xəritəsi olacaq

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransında (WTDC-25) Bakı Bəyannaməsi qəbul olunacaq. Müasir dünyada rəqəmsal inkişaf iqtisadiyyata və cəmiyyətlərin inkişafına böyük təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri WTDC-25-in açılış mərasimində çıxış edən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava deyib.

O bildirib ki, bu tədbirin yüksək səviyyədə təşkil olunması Azərbaycanın İKT sahəsinə xüsusi önəm verdiyini göstərir.

Zavazava bildirib ki, bəzi ölkələr süni intellekt və 6G texnologiyalarına doğru irəliləyərkən, digərləri hələ də ən sadə internet bağlantısı üçün mübarizə aparır: “Bu səbəbdən konfransın əsas məqsədi Bakı Bəyannaməsinin hazırlanmasıdır. Bəyannamə qlobal rəqəmsal inkişaf üçün strateji yol xəritəsi kimi nəzərdə tutulur”.

Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının (WTDC-25) açılış mərasimi keçirilir. Konfrans “İnklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” mövzusuna həsr olunub.

Tədbir noyabrın 28-dək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
116
1
azertag.az

2Mənbələr