Fransa yığmasının hücumçusu Jan-Filipp Mateta Azərbaycan üzərində Bakıda əldə olunan 3:1 hesablı qələbəni milli formada həyata keçən arzusu kimi dəyərləndirib.
İdman.Biz xəbər verir ki, La Chaîne L'Équipe telekanalına müsahibəsində Mateta söyləyib ki, Azərbaycan oyuna çox aqressiv başlayıb və ilk dəqiqələrdə fransızları çətin vəziyyətdə qoyub:
“Azərbaycan meydana böyük daxili inamla çıxdı və ilk on dəqiqədə bizi təəccübləndirdi. Amma bu futboldur və biz cavab verməli idik. Başa düşürdük ki, ikili mübarizələri qazanmalıyıq, həm də matçın sonuna yaxın meydan əlverişli olmayacaq”, - deyə futbolçu Fransanın müsahibəsində söyləyib.
Hücumçu əlavə edib ki, Fransa millisində çıxış etmək onun üçün böyük xoşbəxtlikdir və hər dəqiqəyə dəyər verir:
“Fransa millisində özümü tam açılmış hiss edirəm, bu mənim üçün həqiqi bir arzudur”, - deyə “Kristal Pelas”ın hücumçusu vurğulayıb.
Xatırladaq ki, Mateta Bakıda fransızların ilk qolunu vurub və “üçrənglilər”də debütdən bu yana keçirdiyi iki matçda ikinci qoluna imza atıb.
Azərbaycan millisi isə 2026-cı il dünya çempionatının seçmə mərhələsini bir xalla başa vuraraq D qrupunda sonuncu olub.
Teymur Tuşiyev