AZ

Türkiyədə yeni həbs dalğası

İstanbul Cümhuriyyət Baş Prokurorluğu futbol dünyasında başlayan genişmiqyaslı mərc istintaqı ilə bağlı yeni açıqlama yayıb.

Msport.az xəbər verir ki, prokurorluq hazırkı araşdırmanın hakimlərlə başlayan və futbolçuların da adı keçən proseslə məhdudlaşmadığını, yeni əldə olunacaq dəlillərdən sonra istintaqın daha da genişlənə biləcəyini bəyan edib.

Açıqlamada ölkə futbolunun yalnız futbolçu və hakimlərdən ibarət olmadığı, bu sistemdə çoxsaylı tərəfdaşların mövcudluğu vurğulanıb. Məhz buna görə istintaqın “sistemli şəkildə və mərhələli genişlənmə ehtimalının” olduğu qeyd edilib.

Prokurorluq, həmçinin, sosial şəbəkələrdə yayılan əsassız iddialara inanılmaması barədə xəbərdarlıq edib və əlavə edib: “İstintaq çərçivəsində CM 160-cı maddəsinə əsasən, xüsusi və dövlət qurumlarından bütün məlumat və sənədlər ən qısa müddətdə və tam şəkildə əldə edilir. Araşdırmalar yüksək dəqiqliklə davam etdirilir”.

Seçilən
1
2
msport.az

3Mənbələr