AZ

Şəkidə din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək

BAKI,TurkicWorld

Noyabrın 19-20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şəkidə din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək.

TurkicWorld xəbər verir ki, Seminar-treninq dini sahədə çalışan şəxslərin peşəkar hazırlıq səviyyəsini yüksəltmək və onları müasir dövrün dini-ictimai tələblərinə cavab verə biləcək səriştəli yanaşmalarla təmin etmək məqsədilə təşkil edilir.

Bu çərçivədə iştirakçılara dinlərarası harmoniyanın qorunması, rəqəmsal platformalarda elmi əsaslı dini maarifləndirmə, habelə ictimai proseslərin dini mühitə təsiri, qanunvericiliyin tələbləri və bu kimi mövzular üzrə müasir metodiki təlimlər təqdim olunacaq.

Seminarda, həmçinin, din xadimlərinin təcrübə mübadiləsi aparması, bu sahədə aktual problemlərin müzakirə edilməsi nəzərdə tutulur.

Seçilən
5
turkic.world

1Mənbələr