Müqaviləyə əsasən, bir il ərzində 2.2 milyon tondan çox Mayeləşdirilmiş Təbii Qaz (MTQ/LNG) tədarük ediləcək.
Nazir bu həcmin Hindistanın 2026-cı il üçün illik idxalının təxminən 10%-ni təşkil etdiyini qeyd edib və tədarüklərin Meksika körfəzi sahilindən həyata keçiriləcəyini vurğulayıb.
Puri bu müqaviləni tarixi adlandırıb, çünki bu, ABŞ-dən Hindistan bazarına MTQ tədarükü üçün imzalanan ilk birillik müqavilədir.
O əlavə edib ki, Nyu-Dehli mənbələri diversifikasiya etməklə əhaliyə etibarlı və əlverişli qaz tədarükünü təmin etməyə çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31