AZ

Azərbaycanda avtomobil istehsalı azalıb - DSK

2025-ci ilin on ayında Azərbaycanda 3 280 ədəd minik avtomobili buraxılıb ki, bu da əvvəlki ilin müvafiq dövründən 1 153 ədəd azdır. Bu barədə Dövlət Statistika Komitəsinin on aylıq hesabatında qeyd olunub. 

Eyni zamanda traktor istehsalı 13,7%, yük avtomobillərinin istehsalı isə 31,6% azalıb

Ümumilikdə Azərbaycanın maşın və avadanlıqlar, eləcə də avtomobil, qoşqu və yarımqoşqu istehsalı sektorlarında 2025-ci ilin yanvar–oktyabr aylarında 506,1 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalında 1,2%, avtomobil və qoşqu istehsalında isə 22,5% azalma deməkdir. 

Gülnar 

 

Seçilən
11
1
anews.az

2Mənbələr