Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə şəhərinin H.Aslanov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bərdə rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının vətəndaşa məxsus fərdi yaşayış evinin mətbəxində baş verdiyi və mənzilə yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 96 kv.m olan birmərtəbəli dördotaqlı evin mətbəx mebeli 1 p.m sahədə və qaz sobası yanıb. Yüksək temperaturun təsirindən lambirdən ibarət tavan 1 kv.m sahədə deformasiya edib.