AZ

Bakı-Şamaxı–Yevlax yolunun 106-cı kilometrliyində qışa hazırlıq tədbirləri görülür » AzadMedia.az



Qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı-Şamaxı–Yevlax avtomobil yolunun 106-cı kilometrliyində təhlükəsiz hərəkətin təmin edilməsi üçün profilaktik işlər davam etdirilir.

Azadmedia.az xəbər verir ki, 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin əməkdaşları hazırda ərazidə gücləndirilmiş iş rejimində çalışırlar. Yolun hər iki istiqamətində duz-qarışıq qum ehtiyatları yerləşdirilir, buzlanmanın qarşısını almaq məqsədilə xüsusi texnika hazır vəziyyətə gətirilir.

İdarədən Azadmedia.az-a görülən işlərlə bağlı məlumat verilərək qeyd edilib ki, qarşıdan gələn qış mövsümündə hər hansı çətinlik yaşanmaması üçün bütün hazırlıq tədbirlərini vaxtında həyata keçirilir. Hazırda yolun müxtəlif hissələrinə duz-qum qarışığı yerləşdirilir, texnikalarımız tam hazır vəziyyətdədir. Məqsədimiz sürücülərin təhlükəsizliyini təmin etmək və yolun 24/7 işlək qalmasını təmin etməkdir.”

Rəsminin sözlərinə görə, qarlı və buzlu hava şəraiti müşahidə olunacağı halda əməkdaşlar operativ şəkildə əraziyə yönləndiriləcək.

İdarə sürücülərə qış aylarında daha diqqətli olmağı, zəruri olmadığı halda uzun yollara çıxmamağı tövsiyə edir.

Azadmedia.az prosesi izləməyə davam edir.
Seçilən
80
azadmedia.az

1Mənbələr