AZ

“E-qanun.ai”nin mobil tətbiq versiyasının istifadəyəsi gözlənilir

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış etməyə imkan verən süni intellekt əsaslı “E-qanun.ai” platformasının istifadəçiləri platforma tərəfindən onlara təqdim edilmiş cavabı qiymətləndirmək və rəy bildirmək imkanına malikdirlər. Sorğulara verilən cavabların daha da təkmilləşdirilməsi üçün mütəmadi olaraq istifadəçi geridönüşləri və rəyləri nəzərə alınır.

Bu barədə Hafta.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, növbəti mərhələdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “AZCON Holding”in nəzdində fəaliyyət göstərən Milli Süni İntellekt Mərkəzi ilə birgə platformanın istifadəçilərə təqdim etdiyi funksionallıqların genişləndirilməsi, həmçinin mobil tətbiq versiyasının istifadəyə verilməsi nəzərdə tutulur.

Seçilən
15
4
hafta.az

5Mənbələr