AZ

Ataların icazəsi də iki dəfə artırılacaq

ain.az bildirir, Sherg.az portalına istinadən.

Türkiyədə ana və ata olmağa hazırlaşanları yaxından maraqlandıran doğum icazəsi ilə bağlı dəyişiklik gündəmə gəlib.

Sherg.az xəbər verir ki, doğuş icazəsinə dair yeni bir tənzimləmə hazırlanır. Doğuş icazəsindən həm ana, həm də ata yararlana biləcək. Hökumətin “ailə ili” çərçivəsində tətbiqə alacağı yeni düzenləmədə sona yaxınlaşılıb. Doğuş icazəsinin 20 və ya 24 həftəyə qaldırılması müzakirə olunur. Qanunvericilikdəki müvafiq maddədə “ana” sözü əvəzinə “valideyn” ifadəsi işlədiləcək. Beləliklə, doğuşdan əvvəl həkim təsdiqi ilə sonrasına keçirilə bilən icazəni istəsə ata da istifadə edə biləcək. Doğuşdan sonra atalara verilən icazə isə iki dəfə artırılacaq - yəni hazırkı 5 gün əvəzinə 10 gün olacaq.

Hökumətin bu tənzimləmə ilə əsas məqsədlərindən biri də bu prosesdə işçi və məmur arasındakı hüquq fərqlərini aradan qaldırmaqdır. Mövcud qaydalara görə, işçi analar körpə 1 yaşına qədər gündə 1,5 saat süd icazəsi ala bilir. Məmurlar isə ilk 6 ayda 3 saat, növbəti 6 ayda isə 1,5 saat süd icazəsindən yararlanır.

Ailə və Sosial Xidmətlər Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı layihəyə əsasən, işçi analar da məmur analar qədər süd icazəsi istifadə edə biləcək.

Tənzimləmə ilə həmçinin ödənişsiz icazələrdə də məmur-işçi fərqinin aradan qaldırılması nəzərdə tutulur. Hazırda işçilər 6 ay ödənişsiz icazə ala bildiyi halda, məmurlar 2 ilə qədər bu icazədən istifadə edə bilir. Yeni layihə ilə işçilərin də 2 ilə qədər ödənişsiz icazə ala bilməsi hədəflənir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
sherg.az

1Mənbələr