AZ

Türkiyə millisinin 6 futbolçusu İspaniyaya qarşı oynamayacaq

Bakı. Trend:

Türkiyə milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turuçərçivəsində səfərdə İspaniyanın qonağı olacaq.

Trend xəbərverir ki, "ay-ulduzlular" matça ciddi itkilərlə çıxacaq. Bu barədəyerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Kaan Ayhan ("Qalatasaray", Aral Şimşir ("Midyullan"), AbdulkerimBardakcı ("Qalatasaray") və Kerem Aktürkoğlu ("Fənərbaxça") zədəsəbəbindən heyətdən kənarlaşdırılıb. Zədəli futbolçular komanda iləbirlikdə səfərə aparılmayıb. Bundan başqa cəzalı vəziyyətdə olanİsmail Yüksek də heyətdə yer almır. Dünən isə Hakan Çalhanoğlu zədəsəbəbindən düşərgəni tərk edib.

Qeyd edək ki, İspaniya - Türkiyə qarşılaşması sabah Bakı vaxtıilə saat 23:45-də start götürəcək.

Seçilən
352
4
az.trend.az

3Mənbələr