Iı Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Xankəndi”nin hücumçusu Sərxan Ağayev mükafatlandırılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Oktyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı 9-cu turun “Xankəndi” - “Göygöl” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.