AZ

PKK birləşmələrini bu ərazidən çıxardı

PKK terror təşkilatı İraqın şimalında, Kərkük vilayətində yerləşən Əz-Zab rayonundan öz birləşmələrini çıxardığını elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Rudaw” telekanalı məlumat yayıb.

Qərara əsasən, PKK birləşmələri noyabrın 16-sı axşam saatlarında münaqişə ehtimalı olan Əz-Zab rayonundan çıxaraq digər münasib rayonlarda yerləşiblər.

Vurğulanıb ki, bu regionda münaqişə riski tamamilə aradan qaldırılıb və qüvvələrin Əz-Zabdan geri çəkilməsi sülh prosesinə mühüm praktiki töhfə olacaq.

Xatırladaq ki, Ankara tərəfindən qadağan edilmiş PKK terror təşkilatı oktyabrın sonunda öz qüvvələrini Türkiyədən tam çıxardığını bəyan edib.

Seçilən
17
18
konkret.az

10Mənbələr