Qəbələdə yanğın olub - VİDEO
Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. "112" qaynar telefon xəttinə rayonun Nic qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən tövlədə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları 40 m² sahədə və damına yığılmış 14 ton ot bağlamasından 10 tonu yanıb. Tövlənin və otun qalan hissəsi, eləcə də yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.