AZ

"Euronews" rəhbəri: Azərbaycan – səfərlər, tərəfdaşlıq və investisiyalar ölkəsidir

Azərbaycan – səfərlər, tərəfdaşlıq və investisiyalar ölkəsidir, bununla bağlı böyük imkanlar təqdim edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Euronews"un Direktorlar Şurasının sədri Pedro Vargas David Bakıda rəhbərlik etdiyi telekanalın ofisinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, bu gün bütün dünya Azərbaycana məhz belə baxmalıdır. "Mənim ağlıma burada üç söz gəlir: ziyarət, əməkdaşlıq və investisiya", – telekanal rəhbəri söyləyib.

Pedro Vargas David əlavə edib ki, Azərbaycan xüsusilə öz infrastrukturu və coğrafi cəhətdən mühüm mövqeyi sayəsində xarici investorlar üçün yeni imkanlar açır.

"Bizim enerji təhlükəsizliyimiz üçün Azərbaycana ehtiyacımız var, həmçinin ölkə əvvəllər xarici investisiyalar üçün əlçatan olmayan sahələri açır. İndi – tam suveren olan və böyük imkanlar təqdim edən ölkəyə baxmaq üçün doğru zamandır", – deyə o bildirib.

O, həmçinin Azərbaycanın beynəlxalq tranzit dəhlizlərində strateji rolunu qeyd edib, o cümlədən Avropa ilə Asiya arasında marşrutlar üçün ölkənin hava məkanından fəal istifadəni vurğulayıb.

"Euronews" rəhbəri ölkənin turizm potensialına da diqqət çəkib: "Azərbaycan – kəşf edilməli olan ölkədir. Hamı Bakının incisi haqqında bilir, lakin Azərbaycanda çoxsaylı digər heyrətamiz yerlər var. Biz yeni dağ-xizək kurortları ilə işləməyə şadıq. Dünyanın hər yerindən olan turistlər Azərbaycanı tanımalıdırlar".

Vargas Davidin sözlərinə görə, Azərbaycan hər kəslə münasibətlər qurur və bu yanaşma "Euronews"un fəlsəfəsi ilə səsləşir: "Biz burada yerləşirik və Qazaxıstan və Özbəkistanda ofislər açaraq Xəzər dənizi vasitəsilə öz mövcudluğumuzu genişləndirdik".

O, həmçinin Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakını ölkə üçün mühüm mərhələ adlandırıb.

Seçilən
11
50
bakivaxti.az

10Mənbələr