Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlətləri XİN başçılarının görüşündə bir sıra məqamlara toxunub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə X hesabında yazıb.
XİN rəsmisi nazirin bəyanatında önəm verdiyi məsələləri diqqətə çatdırıb:
Azərbaycan qardaş Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir;
Ölkələrimizi tarixi və mədəni bağlar, ortaq inkişaf hədəfləri, həmçinin bölgəmizdə sülh, sabitlik və rifah üçün ümumi baxış birləşdirir;