AZ

FHN-dən yayılan iddialarla bağlı - Açıqlama

Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) balansında olan xidməti yaşayış sahələrindən əməkdaşların qanunsuz çıxarılması ilə bağlı iddialar yayılıb.

Bakuinfo xəbər verir ki, FHN-dən bildirilib ki, məsələ hüquqi müstəvidə həllini tapıb:

Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi 107 ünvanında yerləşən xidməti mənzillərdən əmək fəaliyyətinə xitam verilmiş şəxslərin çıxarılması üçün Suraxanı Rayon Məhkəməsinə müraciət olunub. Məhkəmə qətnamələri qəbul edilib və qanuni qüvvəyə minib.

Qətnamələr Suraxanı Rayon İcra Şöbəsinə göndərilib və məcburi icra hərəkətləri həyata keçirilərək mənzillərin Nazirliyə təhvil verilməsi prosesi davam etdirilir.

Seçilən
18
50
bakuinfo.net

10Mənbələr