"Quba" klubu basketbolçusu Levan Qoqaladze ilə yollarını ayırıb.
Bu barədə 90deqiqe.Az-a bölgə təmsilçisindən məlumat verilib.
O, bundan sonra Gürcüstan Yüksək Liqasında yarışan "Raşi" komandasında oynayacaq.
Qeyd edək ki, gürcüstanlı oyunçu 2 il idi ki, "Quba"nın formasını geyinirdi.