AZ

Yanmış meyitləri tapılan iki nəfərin kimliyi müəyyən edilibVİDEO

Lənkəranda yanmış cəsədləri tapılan 2 şəxsin kimliyi müəyyən edilib.

Xezerxeber.az-ın məlumatına görə, ölən şəxslərin Cəlilabad rayonunun Kazımabad kənd sakinləri, 55 yaşlı Sərraf  Mustafayev və 59 yaşlı Əmrah Bədirov olduqları müəyyənləşib.

Onların yaxın qohumlarından DNT nümunələri götürülüb.

Həmin şəxslər 1 ilə yaxın imiş ki, fermada gözətçi işləyirlərmiş.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə

Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
25
9
xezerxeber.az

10Mənbələr