AZ

Orta Asiya platforması Azərbaycanın üzvlüyü ilə belə güclənir - CANLI MÜZAKİRƏ

“ARB24” telekanalında aparıcı Jalə Həsənlinin təqdimatında “Nə baş verir?” verilişi yayımlanır.

Musavat.com xəbər verir ki, proqramın qonağı “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğludur.

Verilişdə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü, Azərbaycan-Ermənistan münasibətləri ətrafında müzakirə aparılır.

Sözügedən proqramı təqdim edirik:

Qeyd edək ki, noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib. Prezident İlham Əliyev tədbirdə çıxış edib.

“Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik.

Son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Son üç ildə mən Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olmuşam. Bu müddət ərzində həmkarlarım ölkəmizə 23 dəfə səfər ediblər”, - Prezident vurğulayıb.

Onu da qeyd edək ki, Azərbaycan bu formata tamhüquqlu üzv qəbul olunub. 

 

Musavat.com

Seçilən
148
50
musavat.com

10Mənbələr