AZ

ABŞ Dövlət Katibinin müavini İrəvana nə üçün gəlib?

ABŞ Dövlət Katibinin müavini Allison Huker İrəvana səfər edib. O, ABŞ Prezidenti Donald Trampın regional sülh və təhlükəsizlik ideyalarını ölkə hakimiyyəti ilə müzakirə etmək niyyətindədir.

Xanım Hukeri ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien qarşılayıb.”Görüş zamanı Tramp Marşrutu layihəsi və Ermənistan-Amerika memorandumları çərçivəsində Ermənistan-Amerika strateji tərəfdaşlığının gücləndirilməsi üçün gələcək addımların müzakirəsi planlaşdırılır”, – deyə ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidməti bildirib.
Allison Huker Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Parlament sədrinin müavini Ruben Rubinyanla görüşəcək.
Qeyd edək ki, Tramp Marşrutunun tikintisi 2026-cı ilin ikinci yarısına planlaşdırılır.

Layihə Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün nəzərdə tutulub. Avqustun 8-də Ermənistan, Azərbaycan və ABŞ liderləri bu ticarət marşrutunun yaradılması ilə bağlı bəyannamə imzalayıblar.

//Samir Qurbanov, Editor.az

Seçilən
46
16
editor.az

10Mənbələr