Azərbaycan Hava Yolları (AZAL) 20 noyabrdan etibarən təyyarə salonunda portativ şarj cihazlarının (“powerbank”) istifadəsi və daşınmasına dair yeni qaydalar tətbiq edəcək. Məqsəd litium-ion batareyaların yaratdığı riskləri minimuma endirmək və sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.
Bakuinfo xəbər verir ki,Yeni qaydalara əsasən:
Təyyarə salonunda portativ şarj cihazlarından istifadə qadağandır;Şarj cihazlarını təyyarənin enerji şəbəkəsinə qoşmaq olmaz;Cihazlar yuxarı baqaj rəflərində deyil, sərnişinin yanında olmalıdır;Yalnız 100 vat/saatadək, zavod markalaması olan bir ədəd powerbank əl yükündə daşına bilər.
100–160 vat/saat tutumlu cihazlar yalnız aviaşirkətin razılığı ilə daşına bilər, qeydiyyatdan keçirilmiş baqajda isə qadağandır. Sərnişinlər cihazlarda hər hansı nasazlıq əlamətini gördükdə dərhal ekipaj üzvlərinə məlumat verməlidir.