Şəmkir sakinləri arasında yaranan mübahisə qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonunun Təzəkənd kənd sakinləri, 1974-cü il təvəllüdlü Əlövsət Həsənov münaqişə zəminində 1969-cu il təvəllüdlü Əbülfəz Həsənova bıçaq xəsarəti yetirib.
56 yaşlı kişi bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O dərhal əməliyyata götürülüb, vəziyyətinin orta ağırdır olduğu bildirilir. Onun müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.