Argus Media qiymət agentliyinin məlumatlarına əsasən, Rusiyanın Urals markalı neftinin qiyməti bir barel üçün 36,61 dollara düşüb.
Busaat.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Jurnalistlər ABŞ-ın “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalarından sonra Rusiya neftinə tələbatın azalmağa başladığını yazıb və “Uralsın” hazırkı qiymətlərinin Rusiya neft şirkətləri üçün əlavə maliyyə yükü yaradacağını irəli sürüblər.
“Cümə axşamı günü Qara dənizin Novorossiysk limanında Rusiyanın “Urals” markalı xam neftinin qiyməti bir barel üçün 36,61 dollara düşüb”, – nəşr yazıb.
Yeganə