ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Noyabrın 9-da Almaniyadan İstanbula gələn və qida zəhərlənməsi nəticəsində Böcek ailəsinin ölümü ilə bağlı istintaq davam edir.
"Unikal" xəbər verir ki, Sərvət, Çidem, Kadir Muhammed və Masal Böceyin ölümü ilə bağlı saxlanılan 11 nəfərdən 4-ü həbs edilib. Həbs edilənlər midiye, lokum satıcısı, kokoreç satıcıları və kafe sahibidir.
Qeyd edək ki, ailə 9 noyabrda Almaniyadan İstanbula gəlib, Fatihdəki bir hoteldə qalıb, Ortaköydəki küçə satıcısından aldıqları midye və 11 noyabrda isə restoranda yemək yeyiblər. Bundan sonra ürəkbulanma şikayəti ilə xəstəxanaya müraciət edən ailə üzvlərindən əvvəlcə ana və iki övladı, daha sonra Sərvət Böcək vəfat edib.
Bundan başqa, daha 2 turist də qaldıqları hoteldən xəstəxanaya müraciət edərək ürəkbulanmadan şikayətləniblər.
Başladılan istintaqla küçə satıcıları, hotel sahibi və oğlu daxil olmaqla 11 nəfər saxlanılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.