AZ

“Mançester Yunayted”in hədəfində o var

“Mançester Yunayted” qapıçı mövqeyini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az-ın "Sun Sport"a istinadən məlumatına görə, “qırmızı şeytanlar”ın radarında “Malmö"nün qapıçısı Melker Elborq var.  İngiltərə nəhəngi artıq isveçli futbolçunun agenti ilə danışıqlara başlayıb.

22 yaşlı qolkiper Senn Lammensin ehtiyatı kimi heyətə cəlb oluna bilər.

"Transfermarkt"ın qiymətləndirməsinə görə, Elborqun bazar dəyəri 300 min avrodur. O, cari mövsümdə əsas komandada 14 oyun keçirib, 7 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlayıb.

Premyer Liqada 11 turdan sonra “Mançester Yunayted” 18 xalla yeddinci sıradadır.

Seçilən
39
9
90deqiqe.az

10Mənbələr