
Leypsiqdəki İohan Sebastyan Bax arxivinin tədqiqatçıları dahi bəstəkarın əvvəllər məlum olmayan iki əsərini təqdim ediblər.
Yeniavaz.com xəbər verir ki, bəstəkarın dəfn olunduğu Leypsiq Müqəddəs Tomas kilsəsində keçirilən xüsusi mərasim zamanı “Do minorda Çakon” və “G minorda Çakon” üç əsrdən sonra ilk dəfə ifa edilib.
Bildirilib ki, hər iki əsər 30 ildən artıqdır ki, arxivin direktoru və Bax alimi Peter Volniyə məlumdur, lakin son vaxtlara qədər onların müəllifliyi bəlli deyildi. Musiqişünas bu əsərləri Brüsseldəki Belçika Kral Kitabxanasında aşkar edib və araşdırmaları zamanı bəstəkarın müəllifliyini müəyyən etmək üçün çoxsaylı ipucu toplayıb.