“Barselona” növbəti ev görüşünü yenidən “Nou Kamp” stadionunda keçirəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə Kataloniya klubunun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, komanda 2023-cü ilin mayından bəri ilk dəfə matça əfsanəvi arenada çıxacaqlar. Stadionda 2,5 il davam edən yenidənqurma işləri başa çatıb.
“Barselona”nın yenilənmiş arenadakı ilk rəqibi “Atletik Bilbao” olacaq. Qarşılaşma noyabrın 22-də keçiriləcək.