AZ

Valeri Karpin postundan getdi - SƏBƏB

Moskva "Dinamo"su Rusiya millisinin baş məşqçisi Valeri Karpin ilə əməkdaşlığa son qoyub.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Çempionat" portalı isə sabiq yarımmüdafiəçinin bu gün rəhbərliklə görüşdüyünü, klubun idarəçilərindən akademiyanın və əsas komandanın formalaşdırılmasının ona tapşırılmasını istədiyini açıqlayıb. Mənbə rədd cavabı alan mütəxəssisin istefa ərizəsi yazdığını vurğulayıb.

Paytaxt təmsilçisi hazırda Premyer Liqanın turnir cədvəlində 17 xalla 10-cu sıradadır.

Karpin Rusiya yığması ilə yanaşı, 2025-ci ilin iyul ayından "Dinamo"ya da rəhbərlik edirdi.

Nihat

Seçilən
35
fanat.az

1Mənbələr