AZ

Şizofrenlərin ən çox istifadə etdiyi söz açıqlandı

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Mən" sözündən daha çox istifadə edənlər əsasən şizofrenlərdir.

Milli.Az xəbər verir ki, bunu psixiatr Vladimir Skavış açıqlayıb. Onun dediyinə görə şizofreniyası olan insanlar danışanda "mən" sözündən sağlam adamlara nisbətən daha çox istifadə edir.

"Bunun səbəbi həmin insanların öz düşüncələrinə və hisslərinə həddindən artıq qapanmasıdır. Onlar daim özləri haqqında düşünür və bu hal danışıq tərzlərinə də təsir edir", - həkim fikrini izah edib.

O əlavə edib ki, şizofreniya zamanı nitqdə başqa problemlər də olur. Cümlələrdə uyğunsuzluqlar yaranır, söz seçimi çətinləşir və bəzən ifadələr mövzuya uyğun olmur. Buna baxmayaraq, mən sözünün çox işlədilməsi ən sabit əlamət sayılır.

"Bu nəticə şizofreniyanı daha tez və daha dəqiq müəyyən etməyə kömək edə bilər. Xüsusilə risk qrupunda olan gənclərdə və yeniyetmələrdə xəstəliyi erkən aşkar etmək üçün faydalı ola bilər", - o fikrini yekunlaşdırıb.

İsmayıl

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
192
2
news.milli.az

10Mənbələr