BMT Təhlükəsizlik Şurası Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsi ilə bağlı ABŞ-ın qətnaməsini qəbul edib. AZƏRTAC-ın məlumatına görə, Təhlükəsizlik Şurası qətnamənin lehinə səs verib.
Səsvermənin nəticələrinə əsasən 13 lehinə və iki bitərəf səs verib. Qətnamənin əleyhinə səsverən olmayıb.