AZ

“Barselona” bu tarixdə “Nou Kamp”a geri dönəcək

“Barselona” futbol klubu növbəti ev görüşünü yenidən “Nou Kamp” stadionunda keçirəcək.

Bu barədə Kataloniya klubunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, komanda 2023-cü ilin mayından bəri ilk dəfə matça əfsanəvi arenada çıxacaqlar. Stadionda 2,5 il davam edən yenidənqurma işləri başa çatıb.

Qeyd edək ki, “Barselona”nın yenilənmiş arenadakı ilk rəqibi “Atletik Bilbao” olacaq. Qarşılaşma noyabrın 22-də keçiriləcək.

"Cebheinfo.az" 

Seçilən
34
50
cebheinfo.az

10Mənbələr