AZ

Körpüdən keçərkən çaya yıxıldı - VİDEO

Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1964-cü il təvəllüdlü Novruzov Mənsud Vahid oğlu körpünün üzərindən keçərkən ehtiyatsızlıqdan 20m hündürlükdən Gəncə çayının dərəsinə yıxılıb, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı çaydan çıxarıb xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Seçilən
20
18
Ajans.az

10Mənbələr