Ege dənizində saat 00:04-də 4,8 bal gücündə zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, AFAD Ege dənizində Türkiyə saatı ilə 00:04-də 4,8 bal gücündə yer titrəyişi qeydə alındığını açıqlayıb.
Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi məlum olub.